Menyu

Türkiyədə 46 qanunsuz mühacir saxlanılıb

Əsəd Abbaslı
Türkiyədə 46 qanunsuz mühacir saxlanılıb

Türkiyənin İzmir vilayətinin Dikili rayonunda 46 qanunsuz mühacir saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Türkiyə ərazisinə qanunsuz yolla daxil olmuş bir qrup mühaciri daşıyan rezin qayıq Dikili sularında sahil mühafizəçiləri tərəfindən aşkarlanıb.

Mühafizə komandanlığının əməkdaşları mühacirləri sahilə təxliyə edərək, onları müvafiq prosedurların aparılması üçün yerli miqrasiya idarəsinə təhvil verib.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 46 qanunsuz m\u00fchacir saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər