Menyu

BMT: Dünya ölkələri 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirməlidir

BMT: Dünya ölkələri 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirməlidir
1 dəq oxu

Dünyada temperatur rekord səviyyədə yüksəlir. Milyonlarla insan ekstremal hava hadisələri, quraqlıq və səhralaşma səbəbindən evlərini tərk edir.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin iqlim məsələləri üzrə hesabatında bildirilib.

BMT-nin məlumatına görə, 2023-cü ildən bu yana Afrikada 159 ekstremal hava hadisəsi baş verib. Bu səbəbdən 28 mindən çox insan həyatını itirib.

Hesabatda 2023-cü ildə 26,4 milyon insan təbii fəlakətlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd olunub. Yaşadıqları ərazini tərk edən insanların əksəriyyəti Sub-Sahara Afrikası və Şərqi Asiya-Sakit Okean bölgələrində cəmləşdiyi qeyd olunub.

Quraqlıq və daşqınlar səbəbindən 2023-cü ildə Somalidə 2 milyondan çox, Keniya və Efiopiyada isə 1,2 milyon insan miqrasiya etməyə məcbur olub.

2025-ci ilin ilk aylarında şiddətli iqlim hadisələri yüz milyardlarla dollar ziyana səbəb olub. Birləşmiş Millətlər Təşkilatı bildirib ki, dünya ölkələri 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirmək üçün daha sürətli hərəkət etməlidir.

Əlaqəli Xəbərlər