ABŞ səhiyyə nazirliyində kütləvi ixtisarlara başlanılıb
Əsəd Abbaslı
Tramp administrasiyası Birləşmiş Ştatların səhiyyə sektorunda çalışan işçilərin kütləvi ixtisarına start verib.
Operativ Media xəbər verir ki, 10 minə yaxın federal səhiyyə işçisi tutduğu vəzifədən azad olunub.
Məlumata görə, ixtisara düşən işçilər başlıca olaraq ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA), Səhiyyə Nazirliyini Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (СDC) əməkdaşlarıdır