Menyu

İsrail qırıcıları Dəməşqdəki tədqiqat mərkəzinə zərbələr endirib

Əsəd Abbaslı
İsrail qırıcıları Dəməşqdəki tədqiqat mərkəzinə zərbələr endirib
1 dəq oxu

İsrailin döyüş təyyarələri Dəməşqdə tədqiqat mərkəzinin binasına zərbələr endirib.

Operativ Media xəbər verir ki, hücum edilən tədqiqat mərkəzi Bərzeh bölgəsində yerləşir.

Martın 13-də İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin İslami Cihad təşkilatının Dəməşqdəki qərargahına hücum etdiyini açıqlayıb.

İDF rəsmilərinin sözlərinə görə, qərargah İsrailə qarşı terror fəaliyyətlərini koordinasiya etmək üçün istifadə edilib.

Əlaqəli Xəbərlər