Çin ABŞ mallarına 34% cavab rüsumları tətbiq edəcək

admin
Çin ABŞ mallarına 34% cavab rüsumları tətbiq edəcək
Bu rüsumlar aprelin 10-dan qüvvəyə minəcək.

Çin hakimiyyəti ABŞ-dən gətirilən mallara 34% əlavə rüsum tətbiq etmək qərarına gəlib.

Operativ Media xəbər verir ki. bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, bu Vaşinqtonun daha əvvəl elan etdiyi tədbirlərə görə “cavab rüsumlarıdır”. Rüsumlar aprelin 10-dan qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir. Çindən ABŞ-yə idxal olunan məhsullara 34 faiz rüsum tətbiq edilib.

Xatırladaq ki, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ABŞ-nin tətbiq etdiyi rüsumlar dünya ticarətinin həcmini azalda biləcəyini açıqlayıb

 

Digər xəbərlər