Menyu

ÜTT: ABŞ-nin tətbiq etdiyi rüsumlar dünya ticarətinin həcmini azalda bilər

ÜTT: ABŞ-nin tətbiq etdiyi rüsumlar dünya ticarətinin həcmini azalda bilər

ABŞ-nin tətbiq etdiyi rüsumlar 2025-ci ildə dünya ticarətinin həcmini 1% azalda bilər .

Operativ Media xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo İveala bildirib.

"ABŞ rüsumları qlobal ticarət həcmlərində ümumi olaraq təxminən 1% azalmaya səbəb ola bilər. Qlobal ticarətin böyük əksəriyyəti hələ də ÜTT-nin ən əlverişli ölkə şərtləri altında həyata keçirilir. ÜTT üzvləri bu qazancları qorumaq üçün birlikdə olmalıdırlar", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir.

Bildirək ki, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.

Teqlər:

"\u00dcTT: AB\u015e-nin t\u0259tbiq etdiyi r\u00fcsumlar d\u00fcnya ticar\u0259tinin h\u0259cmini azalda bil\u0259r"

Əlaqəli Xəbərlər