ABŞ Dövlət Departamenti Çində yerləşən "Shandong Shengxing Chemical Co" şirkətinə İrandan xam neft aldığı üşün sanksiya tətbiq edib.
Operativ Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada Çin şirkətinin İrandan 1 milyard dollardan çox xam neft aldığı üçün sanksiya siyahısına salındığı bildirilir.
ABŞ Prezidenti Donald Trampın İranın qeyri-qanuni neft ixracını sıfıra endirməkdə qərarlı olduğu vurğulanan açıqlamada, ABŞ-ın İranın sanksiyalardan yayınmaq və Çinə neft nəqlini asanlaşdırmaq üçün istifadə etdiyi "kölgə donanması"na sanksiya tətbiq etdiyi bildirilib.






