Qırğızıstan iqtisadiyyatı böyüyüb
Şəfa Hüseynli
1 dəq oxu
Qırğızıstan iqtisadiyyatı ilk 9 ayda 10,8 faiz artıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları arasında Ümumi Daxili Məhsul (ÜDM) 1640,9 milyard soma çatıb ki, bu da 10,8 faiz real artım deməkdir. Keçən ilin eyni dövründə bu rəqəm 9,9 faiz təşkil edib.
İqtisadiyyatın bütün əsas sektorlarında artım müşahidə olunur:
tikinti – görülən işlərin həcmi 62,2 faiz artıb;
sənaye – istehsal 7,1 faiz artıb;
kənd təsərrüfatı – 6,5 faiz artıb;
xidmətlər – 6,1 faiz artıb.
Nominal ÜDM-in strukturunda mal istehsal edən sektorların payı 35,9 faiz, xidmət sektorunun payı isə 48,7 faiz təşkil edib.
Sorğu