Menyu

İsraildən Avstriyaya gedən təyyarə Bolqarıstana təcili enib

Nicat Hüseynli
İsraildən Avstriyaya gedən təyyarə  Bolqarıstana təcili enib
1 dəq oxu

İsraildən Avstriyaya uçan “Austrian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi bomba xəbərdarlığından sonra Bolqarıstanın paytaxtı Sofiyaya təcili eniş edib.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, “Airbus A320” tipli təyyarədə 51 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlər təxliyə edilib, hadisə zamanı xəsarət alan olmayıb.

Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “MiG-29” qırıcısı təyyarəni müşayiət etmək üçün havaya qaldırılıb.

Əlaqəli Xəbərlər