ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb

Əsəd Abbaslı
ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb
Ötən gecə 200-dən çox döyüş maşını hərbi bazanı tərk edib.

ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Konoko hərbi bazasından qüvvələrini təxliyə etməyə başlayıb.

Operativ Media xəbər verir ki, mənbələr ağır texnika və tankların da olduğu ilk konvoyun hərbi bazanı on gün əvvəl tərk etdiyini bildirib .

Mənbə əlavə edib ki, ötən gecə 200-dən çox döyüş maşını hərbi bazanı tərk edib.

Qeyd olunur ki, geri çəkilən qüvvələr İraq Kürdüstanının Ərbil vilayətinə doğru gedir. Mənbə qeyd edib ki, “Konoko” hərbi bazası Deyr əz-Zor kəndində yerləşən ABŞ-ın özəl hərbi bazasıdır.

Pentaqon rəsmiləri israilli həmkarlarına bildiriblər ki, ABŞ iki ay ərzində öz qoşunlarını Suriyadan mərhələli şəkildə çıxarmağa başlamaq niyyətindədir.

Digər xəbərlər