İndoneziya sahilində 5,6 maqnitudali zəlzələ baş verib

Əziz Əzizli
İndoneziya sahilində 5,6 maqnitudali zəlzələ baş verib
İndoneziya sahilində güclü zəlzələ olub.

İndoneziyada Sulavesi adasının sahilində 5,6 maqnitudalı zəlzələ olub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri təqribən 10 min nəfərin yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Digər xəbərlər