Litva parlamenti Rusiya və Belarus vətəndaşlarına qarşı milli sanksiyaların müddətini uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkəniin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Litvada 2023-cü il mayın 3-də qəbul edilən və sonradan uzadılan Məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qanuna əsasən, Rusiya Federasiyası və Belarus vətəndaşlarından Şengen və milli vizalar üçün müraciətlərin qəbulu dayandırılıb.
Qeyd edək ki, Rusiya vətəndaşlarının Litvada daşınmaz əmlak alması qadağandır və bir sıra digər məhdudiyyətlər də tətbiq olunur.






