Kolumbiyada sarı qızdırma xəstəliyindən 34 nəfər ölüb

admin
Kolumbiyada sarı qızdırma xəstəliyindən 34 nəfər ölüb
Kolumbiya hökuməti sarı qızdırma hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edib.

Kolumbiyada sarı qızdırma xəstəliyinə 74 yoluxma halı qeydə alınıb, 34 nəfər isə ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiya Səhiyyə Nazirliyi məlumat yayıb.

"Epidemiya başlayandan bəri 74 hadisə və 34 ölüm qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Kolumbiya hökuməti sarı qızdırma hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edib.

Digər xəbərlər