Ana səhifə / Dünya / Gürcüstan polis əməkdaşlarının Polşaya girişi qadağan edilib Gürcüstan polis əməkdaşlarının Polşaya girişi qadağan edilib 17.04.2025, 19:42 Əsəd Abbaslı Polşa Gürcüstanın hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşının ölkəyə girişinə qadağa qoyub. Operativ Media xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. XİN sanksiya tətbiq olunan şəxslərin adlarını açıqlamayıb. Həmin şəxslərin Gürcüstanda etirazçılara qarşı güc tətbiq edilməsində məsuliyyət daşıdıqları qeyd olunub. “Polşa Gürcüstan cəmiyyətinin Avropayönlü istəklərini dəstəkləyir”, - nazirliyin məlumatında vurğulanıb. Teqlər: "G\u00fcrc\u00fcstan polis \u0259m\u0259kda\u015flar\u0131n\u0131n Pol\u015faya giri\u015fi qada\u011fan edilib"