Menyu

Putin İran XİN başçısı ilə görüşüb

Əsəd Abbaslı
Putin İran XİN başçısı ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini bu gün Kremldə qəbul edib”, - o deyib.

Amma Peskov görüşün təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Əraqçinin Moskvaya səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin təşviqi, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyəti genişləndirməkdir.

Teqlər:

"Putin \u0130ran X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər