Menyu

ABŞ Yəmən Beynəlxalq Bankına qarşı sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
ABŞ Yəmən Beynəlxalq Bankına qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Yəmən Beynəlxalq Bankını (IBY) sanksiyalar siyahısına əlavə edib.

Operativ Media xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu maliyyə institutundan əlavə, onunla əlaqəli üç şəxs də ABŞ Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Bloklanmış Şəxslər siyahısına əlavə olunub.

OFAC lisenziyasına əsasən, IBY və onun birbaşa və ya dolayısı ilə kapitalın 50% və ya daha çoxuna sahib olduğu strukturlarla bütün əməliyyatlar 17 may 2025-ci ilə qədər dayandırılmalıdır.

Teqlər:

"AB\u015e Y\u0259m\u0259n Beyn\u0259lxalq Bank\u0131na qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər