Türkiyənin keçmiş xarici işlər naziri Mevlüt Çavuşoğlunun atası Osman Çavuşoğlu 93 yaşında vəfat edib.
Operativ Media xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçmiş həmkarına başsağlığı verib.
O, bu barədə öz "X" hesabında paylaşım edib:
"Qardaş Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, dəyərli qardaşımız və dostumuz Mevlüt Çavuşoğlunun atası Osman Çavuşoğlunun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun!".






