BƏƏ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna əsir mübadiləsi keçiriləcək

Əsəd Abbaslı
BƏƏ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna əsir mübadiləsi keçiriləcək
Hər iki tərəfdən 246 əsir iştirak edəcək.

Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, 500-ə yaxın rus və ukraynalı əsir dəyişdiriləcək, bunlardan 46-sı yaralıdır.

Mənbənin verdiyi məlumata görə, hər iki tərəfdən 246 əsir iştirak edəcək.

Rusiya və Ukrayna əsir düşən döyüşçülər haqqında genişmiqyaslı razılıq əldə ediblər.

Qeyd olunur ki, bu mübadilə, münaqişə tərəflərinin əsir düşən hərbçilərlə bağlı tərəfdaşlıq və humanitar məsələlərdə irəliləyiş əldə etmələrinə bir addım daha yaxınlaşmalarını təmin edir.

Digər xəbərlər