Menyu

Ermənistan və Aİ vizasız rejim üçün fəaliyyət planını iyun ayında hazırlayacaq

Əsəd Abbaslı
Ermənistan və Aİ vizasız rejim üçün fəaliyyət planını iyun ayında hazırlayacaq

Ermənistan və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimin tətbiqi ilə bağlı fəaliyyət planı iyun ayına qədər hazırlanacaq.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Nelli Davtyan məlumat verib.

Onun sözlərinə görə, hazırda vizasız rejimə keçidlə bağlı hazırlıq işləri intensiv şəkildə davam etdirilir.

“Digər ölkələrin təcrübəsindən çıxış edərək sənəddə qarşıya qoyulan məqsədlərə uyğun tələblər müəyyən ediləcək. Sənəd hazır olduqdan sonra daha konkret proqnozlar verə biləcəyik”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı əsas çətinliklərdən biri kimi biometrik pasportun tətbiqi göstərilir. Davtyan bu istiqamətdə işlərin hələ də davam etdiyini bildirib.

Hazırda Ermənistan-Aİ münasibətlərində vizasız rejimin konkret tarixi açıqlanmasa da, prosesin fəal mərhələdə olduğu qeyd olunur.

Teqlər:

"Erm\u0259nistan v\u0259 A\u0130 vizas\u0131z rejim \u00fc\u00e7\u00fcn f\u0259aliyy\u0259t plan\u0131n\u0131 iyun ay\u0131nda haz\u0131rlayacaq"

Əlaqəli Xəbərlər