Rusiyada vətəndaşlığı olmayan şəxslər orduda xidmət edə biləcək
Əsəd Abbaslı
Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələri sıralarına qoşulmaq hüququnu verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Operativ Media xəbər verir ki, “Qanun layihəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutur, dəyişikliklərə əsasən, vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur”, - layihənin izahatında bildirilir.
Qeyd olunur ki, qanun layihəsi müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır.
Teqlər:
"Rusiyada v\u0259t\u0259nda\u015fl\u0131\u011f\u0131 olmayan \u015f\u0259xsl\u0259r orduda xidm\u0259t ed\u0259 bil\u0259c\u0259k"