18 Aprel 2025, 21:25
Ukraynada 80 minə yaxın universitet tələbəsi hərbi təlim keçəcək
Ukraynada 80 minə yaxın universitet tələbəsi hərbi təlim keçəcək.

2025-ci ildə 80 minə yaxın ukraynalı universitet tələbəsi hərbi təlim keçəcək.
Operativ Media xəbər verir ki, bunu Ukraynanın Elm və Təhsil naziri Oksen Lisovyi Ali Radada suallara cavab verərkən deyib.
"Artıq 170 təhsil proqramı hazırlanıb və mövcud qanunvericilik çərçivəsində Baş Qərargahın təsdiqinə təqdim edilib" deyə nazir bildiirb.
"Hazırda 75-80 min tələbə proqnozlaşdırırıq - bunlar hamısı ikinci kurs oğlan tələbələridir. Mövcud qanunvericiliyə görə, qızlar öz istəkləri ilə qoşula bilərlər".