Tramp yeni ticarət tariflərini dayandırmaq qərarına gəlib
Əsəd Abbaslı
ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə görüşdən sonra yeni ticarət tariflərini dayandırmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampla görüş tarif təzyiqinin artırılmasının tərəfdarı olan müşavir Piter Navarronun iştirakı olmadan baş tutub. Qeyd edilir ki, nazirlər prezidentlə danışıqlar aparıb və qərar qəbul olunana qədər onun yanında olublar.
Teqlər:
"Tramp yeni ticar\u0259t tarifl\u0259rini dayand\u0131rmaq q\u0259rar\u0131na g\u0259lib"