Ağ Ev: Ukraynada uzunmüddətli atəşkəs görmək istəyirik
Əsəd Abbaslı
ABŞ Ukraynada uzunmüddətli atəşkəs görmək istəyir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlayıb.
Qeyd olunub ki, Ağ Ev "Pasxa atəşkəsi”nin yaxın bir neçə günə uzadılmasını istəyir: "Biz bunun bazar günü, aprelin 20-dən sonra da davam etməsini istərdik. Ölüm və dağıntıları dayandırmağın və bu müharibəyə son qoymağın vaxtı çoxdan keçib".