Çin Filippin freqatını Huangyan adası yaxınlığındakı sulardan çıxarıb

Əziz Əzizli
Çin Filippin freqatını Huangyan adası yaxınlığındakı sulardan çıxarıb
Çin hərbi qüvvələri Filippin freqatını Huangyan adasının sulardan çıxarıb.

Çin ordusu Pekin və Manila arasında ərazi mübahisəsinə səbəb olan Huangyan adası yaxınlığındakı sulardan Filippin patrul gəmisini çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Zonası Döyüş Komandanlığının nümayəndəsi Zhao Zhiwei məlumat yayıb.

“Aprelin 20-də Filippinin 36 nömrəli freqatı Çin hökumətinin icazəsi olmadan Huangyan adasının yaxınlığında Çinin ərazi sularına qeyri-qanuni şəkildə daxil olub”, – deyə Zhao bildirib. Onun sözlərinə görə, Çin Donanmasının Cənub Zonası freqatı izləmək, xəbərdarlıq etmək və bölgədən çıxarmaq üçün dərhal müvafiq qüvvələri səfərbər edib.

Çin uzun illərdir ki, Cənubi Çin dənizindəki ərazi iddiaları ilə bağlı bir neçə ölkə ilə mübahisə edir. Xüsusilə karbohidrogen ehtiyatları ilə zəngin Xişa , Nanşa və Huangyan arxipelaqları Çinin iddia etdiyi ərazilər sırasındadır. Bu bölgələrlə bağlı Bruney, Vyetnam, Malayziya və Filippin də iddialar irəli sürür.

Son aylarda bölgədə gərginliyin artdığı müşahidə olunur. Çin sahil mühafizə qüvvələrinin Filippin gəmilərini geri oturtmaq cəhdləri nəticəsində bir sıra toqquşmalar baş verib. Çin tez-tez Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edir ki, bu da insidentlərin artmasına səbəb olur.

Digər xəbərlər