ABŞ döyüş təyyarələri Yəmənin paytaxtı Səna və liman şəhəri Hudeydəni vurub.
Operativ Media bu barədə CNN informasiya agentliyinə istinadən xəbər verir.
Hudeydə 13 dəfə hücuma məruz qalıb, nəticədə azı 80 nəfər ölüb, 150-dən çox insan isə yaralanıb.
Hücumdan sonra ortaya çıxan görüntülərdə ABŞ döyüş təyyarələrinin vurduğu zərər də aydın olub. Avtomobillərin yanmış və istifadəyə yararsız olduğu müəyyən edilib.






