Netanyahu: "İsrailin Qəzzada müharibəni davam etdirməkdən başqa çarəsi yoxdur"

admin
Netanyahu: "İsrailin Qəzzada müharibəni davam etdirməkdən başqa çarəsi yoxdur"
İsrailin baş naziri İsrailin Qəzzada müharibəni davam etdirməkdən başqa çarəsinin olmadığını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında döyüşləri davam etdirməkdən başqa eçimi olmadığını deyib.

Operativ Media xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Netanyahu bəyan edib ki, müharibə yalnız bütün məqsədlərə nail olduqda – HƏMAS-ın məhv edilməsi, bütün girovların azad edilməsi və anklavın gələcəkdə İsrail üçün təhlükə yaratmaması üçün şərait yaradılması ilə başa çatacaq.

Qeyd edək ki, İsrailin son iki gündə Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 92 fələstinli ölüb, 200-ü isə yaralanıb.

Digər xəbərlər