Zelenski Putinə atəşkəs üçün yeni format təklif edib
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya uzun mənzilli pilotsuz uçuş aparatları və raketlərlə mülki infrastruktura zərbələri 30 gün müddətinə dayandırmağı təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.
Qeyd edək ki, Rusiya Prezidenti aprelin 19-u axşam saat 18:00-dan 21 aprel 12:00-a kimi "Pasxa barışığı" elan etmişdi. Bununla belə, son 24 saat ərzində Rusiya ordusu atəşkəsi dəfələrlə pozub. Ən çox hücum Pokrovski istiqamətində həyata keçirilib. Həmçinin 1355 atışma olub ki, onlardan 713-ü ağır silahlarla, 673-ü isə FPV pilotsuz təyyarələrinin köməyi ilə həyata keçirilib.
Teqlər:
"Zelenski Putin\u0259 at\u0259\u015fk\u0259s \u00fc\u00e7\u00fcn yeni format t\u0259klif edib"