21 Aprel 2025, 17:07
ABŞ Krımın Rusiyanın ərazisi kimi tanınmasını təklif edir
Amerika Birləşniş Ştatları Krımın Rusiyanın ərazisi kimi tanınmasını təklif edir.

ABŞ Ukraynaya atəşkəslə bağlı təkliflərini çatdırıb. Bu təkliflər Krımın Rusiyanın tanınması və Ukraynanın NATO üzvlüyündən çıxarılmasını nəzərdə tutur.
Operativ Media xəbər verir ki,bu barədə Wall Street Journal məlumat yayıb.
Təkliflər aprelin 17-də Ağ Evin yüksək rütbəli rəsmilərinin Ukrayna və Avropa rəsmilərinə təqdim etdiyi sənəddə öz əksini tapıb. Vaşinqton bu məsələ ilə bağlı Kiyevin cavabını gözləyir. Tərəflərin mövqeləri üst-üstə düşərsə, Rusiyaya da təkliflər verilə bilər.