Menyu

Zelenski London görüşünün tarixini açıqlayıb

Əsəd Abbaslı
Zelenski London görüşünün tarixini açıqlayıb

"Böyük Britaniyanın baş naziri Starmerlə danışdım. Yaxşı və ətraflı söhbət oldu. Bu çərşənbə günü (23 aprel) nümayəndələrimiz Londonda görüşəcəklər". 

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.

“Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ – biz qeyd-şərtsiz atəşkəsə nail olmaq, sonra isə real və davamlı sülh yaratmaq üçün əvvəlki kimi ən konstruktiv şəkildə irəliləməyə hazırıq. Kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır və bu Pasxa açıq şəkildə göstərdi ki, müharibəni uzadan Rusiyanın hərəkətləridir”, - deyə Zelenski qeyd edib. 

Teqlər:

"Zelenski London g\u00f6r\u00fc\u015f\u00fcn\u00fcn tarixini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər