Menyu

Rəcəb Tayyib Ərdoğanın oğlu prezident olmaq istəmədiyini etiraf edib

Əziz Əzizli
Rəcəb Tayyib Ərdoğanın oğlu prezident olmaq istəmədiyini etiraf edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etno-idman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan prezident olmaq istəmədiyini, iş vaxtının çox hissəsini təhsil və mədəniyyət layihələrinə həsr etdiyini etiraf edib.

Operativ Media xəbər verir ki, o, bu barədə TASS agentliyinə açıqlamasında deyib.

Məsələ ilə bağlı sualı cavablandıran Bilal Ərdoğan “Heç bir siyasi ambisiyam yoxdur. Məndən bu barədə tez-tez soruşurlar, amma istərdim ki, qeyri-hökumət sektorunda qalım, vətəndaş cəmiyyəti ilə işləmək, gəncləri onlara həqiqətən yaxın olan işlərə görə məsuliyyət daşımağa ruhlandırmaq istəyirəm. Hansı peşəni seçməsindən asılı olmayaraq, əgər onlarda sosial məsələyə mənsubluq hissi güclüdürsə, fəal, dəyərlərin müdafiəçisi olmalı, vətəndaş cəmiyyətinin bir hissəsi olmalıdır",- deyə bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər