Zelenski: Ukrayna ABŞ-lə yeni hərbi yardım paketi barədə müzakirə aparmayıb

Əsəd Abbaslı
Zelenski: Ukrayna ABŞ-lə yeni hərbi yardım paketi barədə müzakirə aparmayıb
“Hazırda aldığımız yardım ABŞ Konqresi tərəfindən hələ bir il əvvəl təsdiqlənmiş paketdir".

Kiyev Vaşinqtonla yeni hərbi yardım paketi ilə bağlı hələlik heç bir razılaşma əldə etməyib və məsələ müzakirə olunmayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 22-də Kiyevdə keçirilən brifinq zamanı danışıb.

“Hazırda aldığımız yardım ABŞ Konqresi tərəfindən hələ bir il əvvəl təsdiqlənmiş paketdir. Yeni yardım barədə isə ABŞ-lə nə razılaşmamız, nə də ətraflı müzakirəmiz olub,” – deyə Zelenski bildirib.

Dövlət başçısı əlavə edib ki, Ukraynanın ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri almaq istəyi də yeni yardım paketinin tərkib hissəsi ola bilər.

Lakin o, bu məsələ ilə bağlı ABŞ tərəfindən rəsmi cavabın hələlik verilmədiyini qeyd edib.

Digər xəbərlər