ABŞ administrasiyası 18 ölkədən ticarət razılaşması ilə bağlı təkliflər alıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə məlumat verib.
"İndi ticarət qrupuna təqdim edilmiş kağız üzərində 18 təklifimiz var. Bunlar ölkələrin Tramp administrasiyasına və hökumətimizə təqdim etdiyi kağız üzərindəki təkliflərdir”, - Levitt bildirib.
O həmçinin qeyd edib ki, təkcə bu həftə ABŞ-nin ticarət danışıqları qrupu 34 ölkədən nümayəndələrlə görüşəcək.
Mətbuat katibindən Çinlə ticarət danışıqlarının olub-olmaması da soruşulub.
"Biz Çinlə potensial ticarət sazişi üzərində çox yaxşı iş görürük. Prezident və administrasiya Çinlə razılaşmanın təməlini qoyur", - mətbuat katibi bildirib.
Qeyd edək ki, Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.






