Menyu

İsrailin son sutkada Qəzzaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb

Əziz Əzizli
İsrailin son sutkada Qəzzaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb
1 dəq oxu

Çərşənbə günü İsrailin Fələstin anklavının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində Qəzza zolağında azı 12 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .

Onun sözlərinə görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutur. Anklavdakı mülki müdafiə qüvvələri insanların yerləşə biləcəyi dağıdılmış evlərə çata bilmədiklərini söyləyib. Ordu həmçinin Zolağın cənub hissəsindəki Rəfah şəhərinə zərbələr endirməkdə davam edir.

"Əl-Cəzirə" qeyd edir ki, çərşənbə axşamı anklavda azı 32 nəfər həlak olub.

Əlaqəli Xəbərlər