İş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin bu gündən etibarən Məkkəyə girişinə qadağa qoyulacaq.
Operativ Media xəbər verir ki, bu barədə Əl-İhbariyyə kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkənin Daxili İşlər Nazirliyi bu tətbiq ilə Məkkəyə giriş və çıxışları tənzimləmək, şəhərdə yalnız səlahiyyətli şəxslərin olmasını təmin etmək və zəvvarların təhlükəsizliyini təmin məqsədini güdür.
Ziyarətin yalnız səlahiyyətli qurumlar vasitəsilə alınan “həcc vizası” ilə mümkün olduğunu və bu prosesin 80 ölkədə müəyyən edilmiş rəsmi ofislərlə razılaşdırılaraq həyata keçirildiyi bildirilib.






