Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur

admin
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.

Operativ Media xəbər verir ki, bununla bağlı aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Mərasimdə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Digər xəbərlər