Menyu

Bakıda oğurladığı bank kartıyla alış-veriş edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakıda oğurladığı bank kartıyla alış-veriş edən şəxs tutulub
1 dəq oxu

Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600  manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb. Daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.

Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər