23 Aprel 2025, 21:10
Azərbaycan və Çinin bir-birinin seçdiyi inkişaf yolunu dəstəkləməsi ciddi siyasi mətləbləri özündə ehtiva edir - ŞƏRH
Azərbaycan–Çin münasibətləri yeni mərhələyə qədəm qoyur.
Azərbaycan və Çinin bir-birinin seçdiyi inkişaf yolunu dəstəkləməsi ciddi siyasi mətləbləri özündə ehtiva edir  - ŞƏRH şəkil
Azərbaycan və Çinin bir-birinin seçdiyi inkişaf yolunu dəstəkləməsi ciddi siyasi mətləbləri özündə ehtiva edir - ŞƏRH

Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri çərçivəsində Azərbaycan–Çin münasibətləri yeni mərhələyə qədəm qoyur.

Operativ Media xəbər verir ki, səfərin əsas nəticələri və ikitərəfli əməkdaşlığın əsas istiqamətləri barədə Milli Məclisin deputatı Rizvan Nəbiyev AzTV-də yayımlanan proqramda geniş şərhlərlə çıxış edib.

Deputatın sözlərinə görə, iki ölkə arasında münasibətlərin əsasını dövlətlərimiz arasında qarşılıqlı etimad, suveren bərabərlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri, eləcə də siyasi liderlər arasında səmimi dialoq təşkil edir.

“Azərbaycan və Çin xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm şəkildə dəstəkləyir” müddəasını şərh edən Rizvan Nəbiyev vurğulayıb ki, bu beynəlxalq hüququn əsas sütunlarından olan dövlətlərin suveren bərabərliyi prinsipindən irəli gəlir.

Azərbaycan və Çin onu ikitərəfli münasibətlərdə də ardıcıl şəkildə tətbiq edərək münasibətlərini inkişaf etdirirlər.

“Təəssüf ki, beynəlxalq münasibətlər sistemində bəzi dövlətlər insan hüquqları və ya humanitar müdaxilə bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarşırlar. Bu yanaşma ikili standartların nümunəsidir və dövlət suverenliyinə ciddi zərbə vurur. Azərbaycan və Çin isə bu cür müdaxilələrə qarşı həm ikitərəfli, həm də çoxtərəfli prinsipial və birmənalı mövqe sərgiləyir,” – deyə deputat qeyd edib.

Rizvan Nəbiyev həmçinin dövlətlər arası münasibətlərdə siyasi həssaslıq doğuran məsələlərə də toxunub.

O bildirib ki, Çinin ərazi bütövlüyü üçün Tayvan məsələsi necə strateji əhəmiyyət daşıyırsa, Azərbaycan üçün də ərazi bütövlüyü məsələsi eyni dərəcədə vacibdir: “Azərbaycan 1994-cü ildən – Ulu Öndər Heydər Əliyevin Çinə ilk dövlət səfərindən etibarən Tayvanı Çinin ayrılmaz tərkib hissəsi kimi tanıyır və Vahid Çin siyasətini dəstəkləyir. Bu, bizim tərəfdaşlığımızda dəyişməz prinsip olaraq qalır və Çin tərəfindən də ehtiramla qarşılanır.”

Deputat əlavə edib ki, eyni yanaşmanı Azərbaycan da görməkdədir.

Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edib və beynəlxalq təşkilatlarda bu mövqeyini açıq şəkildə ortaya qoyub.

Rizvan Nəbiyev bildirib ki, iki ölkə arasında bu qarşılıqlı anlayış və dəstək üzərində qurulan münasibətlər, bu gün imzalanmış hərtərəfli strateji əlaqələrə dair birgə bəyanatda da öz əksini tapıb.

Həmin sənəddə suverenlik, daxili işlərə qarışmamaq, qarşılıqlı siyasi dəstək və qarşılıqlı maraqlara hörmət kimi fundamental prinsiplərin təsbit olunması bunları bir daha təsdiqləyir.

Deputatın fikrincə, bu münasibətlər təkcə siyasi baxımdan deyil, iqtisadi, humanitar və mədəni sahələrdə də genişlənməkdədir və yaxın illərdə Çin və Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi gözlənilir.

Birgə Bəyanatda yer alan “Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları”nın yaradılması və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlığın inkişafı bu məsələlərə əlavə töhfə verəcəkdir.

Birgə Bəyanatda Azərbaycan və Çin öhdəlik götürdülər ki, müasirləşməni birgə şəkildə irəli aparmaq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər və Bir yol" təşəbbüsünü Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirsinlər.

Son xəbərlər
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir