Menyu

Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub

Əsəd Abbaslı
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
1 dəq oxu

Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

"Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.

İstintaq araşdırması aparılır"- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər