Menyu

Şəkidə sükan arxasına keçən azyaşlı qəza törədib - VİDEO

Şəkidə sükan arxasına keçən azyaşlı qəza törədib - VİDEO

Ötən gün saat 23:00 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb.

Bu barədə Operativ Media-ya DİN məlumat verib

Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər