Bakıda Roma Papasının ruhuna Müqəddəs Messa keçirilib
Əsəd Abbaslı
Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib.
Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib.
O, Fransiskin Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri dönüşü olmayan ürək-damar kollapsı” nəticəsində vəfat edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net