Menyu

Əli Əsədovun sədrliyi ilə AİH-nin Müşahidə Şurasının iclası keçirilib

Əsəd Abbaslı
Əli Əsədovun sədrliyi ilə AİH-nin Müşahidə Şurasının iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə AİH-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasın gündəliyində Holdinqin idarəetməsində olan portfel şirkətlərin 2024-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı və əsas maliyyə göstəriciləri, o cümlədən ümumi gəlir və EBITDA nəticələri geniş şəkildə təqdim olunub.

Eyni zamanda AİH-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər “Azəralüminium” MMC, “Azərbaycan Alüminiumu” ASC və “Azərpambıq ASK” MMC ilə bağlı məlumatlar müzakirə edilib.

İclasda həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas tövsiyələri təqdim olunub.

Birgə İnvestisiya Fondları çərçivəsində görülən işlər barədə də geniş məlumat verilib.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun ətraflı hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər üzrə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Qərarlar hazırlanarkən Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər