Menyu

Beynəlxalq axtarışla tutulan şəxslərdən daha 3-ü Azərbaycana gətirilib

Əsəd Abbaslı
Beynəlxalq axtarışla tutulan şəxslərdən daha 3-ü Azərbaycana gətirilib

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan ölkəmizə ekstradisiya olunub.

Operativ Media xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Teqlər:

"Beyn\u0259lxalq axtar\u0131\u015fla tutulan \u015f\u0259xsl\u0259rd\u0259n daha 3-\u00fc Az\u0259rbaycana g\u0259tirilib"

Əlaqəli Xəbərlər