Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenə uzadıldı

admin
Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenə uzadıldı

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi oktyabrın 22-dək uzadılıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 

Sonuncu dəfə bu rejim oktyabrın 16-dək uzadılıb.

Belə ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında uçuşlar təxirə salınıb.

Rusiya hava limanlarının qalan hissəsi adi rejimdə işləyir.

Rusiya Ukraynadakı hərbi əməliyyatlar fonunda fevralın 24-dən hava limanlarının bir hissəsini bağlayıb. Əvvəlcə səlahiyyətlilər martın 2-dək uçuşların həyata keçirilməsinə məhdudiyyət qoyub. Cənubun bir sıra şəhərləri ilə hava əlaqələrinin bağlanması fonunda Rusiya Dəmir Yolları əlavə qatarları istismara vermək qərarına gəlib.

Digər xəbərlər