Menyu

Azərbaycanın dövlət saytlarına kiberhücumlar edilib

Nərmin Qocamanlı
Azərbaycanın dövlət saytlarına kiberhücumlar edilib

"Arabian Ghost" adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb. 

XRİTDX-dən Operativ Media-ya verilən məlumata görə, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 24/7 monitorinq olunur və bu hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb.

Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq.

Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər