22 May 2025, 17:50
Azərbaycanda internet sürəti inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq
Azərbaycanda internet sürəti inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq şəkil
Azərbaycanda internet sürəti inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq

Azərbaycandakı internetin sürətini inkişaf etmiş ölkələr səviyyəsinə çatdırımaq üçün operator və provayderlər artıq yüksək sürət paketləri təqdim etməlidir.

Operativ Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bunu qurumun sədri Nail Mərdanov bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə görüşdə deyib.

“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib.

O, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin icrası nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edildiyini xatırladıb. O, aprel ayının göstəricisinin 54 % daha yüksək - 76,87 Mbit/s olması barədə məlumat verib.

N. Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu və yaxud 78 %-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.

Görüşdə inkişaf etmiş ölkələrdə təqdim edilən internet sürət paketləri nümayiş etdirilərək növbəti müzakirələrə qədər operator və provayderlərin bu hədəfə çatmaq üçün atacaqları addımları müəyyən etməsi, bu istiqamətdə daxili təhlillər edərək təkliflər hazırlaması təklif edilib.

Son xəbərlər
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb
Əbu-Dabi görüşü təkbətək formatda davam etdirilir
10 İyul 2025, 11:07