Menyu

Fransada taksi sürücüləri ilə polis arasında toqquşma olub

Əsəd Abbaslı
Fransada taksi sürücüləri ilə polis arasında toqquşma olub

Fransada taksi sürücülərinin etiraz nümayişi davam edir.

Operativ Media xəbər verir ki, yüzlərlə taksi Parisin mərkəzinə toplaşıb. Onlar oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara və tariflərə etirazlarını bildirirlər.

Taksi sürücüləri etiraz nümayişini mayın 27-dək davam etdirəcəklərini söyləyiblər.

Parisin mərkəzində dolaşan taksilər ictimai nəqliyyata da maneələr yaradıb. Polis etiraz nümayişi edən taksiləri müşayiət edib.

Qeyd edək ki, ötən həftə etirazçılar yola şlaqbaumlar qoymuş, zibil qutularını yandırmışdılar. Polislə sürücülər arasında toqquşma olmuşdu.

Milli Taksi Federasiyası bir çox şəhərlərdə yeni toplantılar elan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər