"Azparking" tətbiqi internetsiz də işləyəcək
Nərmin Qocamanlı
Azərbaycanda parklanma xidmətləri təqdim edən "Azparking" mobil tətbiqində yenilik edilib.
Operativ Media xəbər verir ki, artıq tətbiqdən internetsiz də istifadə etmək mümkün olacaq.
Yenilikdən xətti açıq olan "Azercell" abunəçiləri yararlana bilərlər.
Qeyd edək ki, "Azparking" mobil tətbiqi hazırda internetlə istifadə edilir. Sürücülər eyni zamanda parkinq nömrəsini SMS vasitəsilə (ödənişlidir) 1181-ə göndərərək xidmətlərdən istifadə edə bilirlər.
Qeyd edək ki, hazırda "Azparking"in 1 milyondan çox aktiv istifadəçisinin olduğu bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net