Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Türkiyə ilə Qətər arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin Qətərin suverenliyini pozan hər cür hücumu pislədiyini və Türkiyənin hər zaman Qətərin yanında olacağını bildirib.
Ərdoğan NATO Zirvə toplantısında həmkarları ilə İran və İsrail arasında hərbi eskalasiya ilə bağlı danışıqlar apardığını və tərəflərin de-fakto atəşkəsə əməl etməsini, yaranmış sakitliyin daimi olmasını arzuladığını bildirib.
Teqlər:
"\u018frdo\u011fan Q\u0259t\u0259r \u018fmiri il\u0259 telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b"