Menyu

"BP Azərbaycan" yaxın vaxtlarda Qarabağın alternativ enerji potensialı ilə bağlı investisiya qərarını açıqlayacaq

Redaksiya
"BP Azərbaycan" yaxın vaxtlarda Qarabağın alternativ enerji potensialı ilə bağlı investisiya qərarını açıqlayacaq

BP Azərbaycan şirkəti Qarabağın alternativ enerji potensialından istifadə ilə bağlı növbəti aylarda yekun investisiya qərarı qəbul edəcək. Layihənin icrası barədə konkret tarixlər tezliklə açıqlanacaq.

Bunu “Operativ Media”ya BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib:

“Müqavilə üzrə işçi qruplar artıq demək olar ki, işləri yekunlaşdırıb. Layihənin həm texniki, həm kommersiya çərçivəsi demək olar ki, tam yekunlaşıb. Yekun investisiya sənədi üzərində iş başlanılıb. Ərazini minalardan təmizlənməsi də ANAMA tərəfindən yekunlaşıb”.

Xatırlatma üçün bildirək ki,  Azərbaycan hökuməti ilə BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. BP ilə Qarabağdakı yaşıl enerji layihəsinə əsasən burda əldə olunan enerji Abşerona transfer ediləcək.

Samir Cabbarov.

Teqlər:

"\"BP Azərbaycan\" yaxın vaxtlarda Qarabağın alternativ enerji potensialı ilə bağlı investisiya qərarını açıqlayacaq"

Əlaqəli Xəbərlər