Menyu

Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake”lə hazırlanmış saxta videolar yayılıb

Redaksiya
Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake”lə hazırlanmış saxta videolar yayılıb

"Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılmışdır. Qeyd edirik ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir".

Operativ Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. 

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik" - məlumatda qeyd olunur.

Azerbaycan Respublikasinin Medianin Inkisafi Agentliyinin aciqlamasi

Teqlər:

"Az\u0259rbaycan\u0131n bir s\u0131ra d\u00f6vl\u0259t xadiml\u0259ri ad\u0131ndan \u201cdeep fake\u201dl\u0259 haz\u0131rlanm\u0131\u015f saxta videolar yay\u0131l\u0131b"

Əlaqəli Xəbərlər